Продаётся 6-комн. дом/дача 230 м², пос. Бина
Hər kəsə salam, çox ətraflı yazacam diqqətlə oxuyun sonra zəng edin !
Ev Sahibi özüməm, ev çox keyfiyyətli materiallardan işgüzar, çalışqan ailəmizlə özümüz üçün tikilib. Evin otaqları geniş və işıqlıdır, kombi sistemi var, iki sanitar qovşağı və iki mətbəxi var, yuxarıda eyvan və sanitar qovşağı isti döşəmədir. Kombi sistemi var yalnız iki otaqda radiator quraşdırılmayıb. Üçüncü mərtəbəsi də çox genişdir və çıxış üçün asma pilləkən var, sadəcə təmirsizdi.
Qaz və işıq sayğacı var, içməli su hələki çəkilməyib, həyət geniş olsun deyə həyətdə yerin altında su çəni qazmışıq 5 tonluq, əlavə olaraq quyu suyu da gəlir, su sistemi çox yaxşı qurulub və yuxarıya da çox yüksək təyziqlə su qalxır. Həyətdə meyvə ağacları var və balaca yaşıllıq var.
Sənədi Bələdiyyədir, ev çox yaxşı ərazidədir qonşuları həqiqətən mehriban və səmimidir, bu küçədə yayda daim külək əsir və sərin olur, burda ağcaqanad olmur hündür ərazi olduğu üçün və ƏN ƏSASI yağış falan nəqədər yağsa da su basmır nə küçəni nə də həyəti, asfalt yola 200 metr məsafədidir, əsas yol (160 nömrəli marşruta) piyada 10/12 dəqiqəlik məsafədədir,
Evdə qalacaq bəzi əşyalar var
1 Böyük televizor
2 nəfərlik yeni yataq dəsti
1 Veloseped
1 soyuducu
Balıq Akvariumu
2 şkaf
2 xalça
1 jurnal stolu
Mətbəx mebeli
Yuxarıda olan əşyaların minimum 3.000 azn dəyəri var.
Real alıcı ilə danışıq əsasında ödəniş detallarını müzakirə etmək olar.



























































































































